“Atəşgah” ASC Səhmdarlarının İllik ümumi yığıncağı keçiriləcək

21 may 2018-ci il saat 11.00-da “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Səhmdarlarının İllik ümumi yığıncağı keçiriləcək.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir

  • Cəmiyyətin 2017-ci il üçün illik hesabatının təsdiqi
  • Təftiş komissiyası üzvlərinin seçilməsi

Cəmiyyətin illik hesabatı ilə www.ateshgah.com rəsmi internet səhifəsində, Təftiş komissiyası üzvlüyünə namizədlər barədə məlumatlarla ümumi yığıncaq zamanı tanış olmaq mümkündür.

Ümumi yığıncaq Bakı şəh., Nərimanov rayonu, N.Yusifbəyli pr 75B , “Atəşgah” Sığorta Şirkətinin inzibati binasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır