“Unibank” 25 illik yubileyi münasibəti ilə məhsul və xidmətlərində endirim kampaniyası elan edir. Avqustun 15-dən etibarən bankdan kredit götürən, debet kart alan, “Unibank” kartları ilə alış-veriş edənlər, bu sürprizləri görəcəklər. Ad günü avqustda olanları isə xüsusi hədiyyələr və endirimlər gözləyir. Belə ki, avqustda ad günü olan müştərilər 0% komissiyalı nağd kreditlər, debet kartlara və depozit qutularına 25 %-lik endirim əldə edəcək.
Bundan əlavə “Unibank” müştərilərinə depozit təminatı ilə verilən kreditlər, nağd kreditlərdə komissiya endirimi (1% minimum 10 AZN) və bankın kartları ilə alış-veriş zamanı bəzi mağazalarda 30%-lik cashbak kimi güzəştlər olacaq.