Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb.
BBN.az xəbər verir ki, hərrac 8 aprel 2019-cu il tarixində keçiriləcək. Saat 11:00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 350 milyon manat vəsaitin cəlb edilməsi planlaşdırılır.
Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 7,01% – 8,99% aralığındadır.
Qeyd edək ki, hibrid formada olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10.00-dır.