Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına əsasən, 17 fevral 2017-ci il tarixində Türkiyə Respublikasının İstanbul şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan Biznes Forumunun keçirilməsi nəzərdə tutulur.
Forumda Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab Şahin Mustafayev, Türkiyə Respublikasının iqtisadiyyat naziri cənab Nihat Zeybekci, Gürcüstan Respublikasının iqtisadiyyat və davamlı inkişaf naziri cənab Giorgi Gakharia və digər rəsmi və iş adamlarının iştirakı gözlənilir. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.