Yanvarın 12-də vergilər naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb.
BBN.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişafı, ölkələrimizin vergi xidmətləri arasında əməkdaşlıq, o cümlədən təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
Həmçinin Azərbaycanın regionlarında xarici investorlar üçün yaradılmış şərait, sənaye və texnologiyalar parklarında mövcud olan vergi və digər güzəştlər sistemi barədə fikir mübadiləsi aparılıb.