“Azərbaycan Banklar Assosiasiyası”nın (ABA) nəzdində fəaliyyət göstərən Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu-nun 2019 – cu il üzrə ilk görüşü keçirilib. Görüşdə Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupunun sədri Aydın Hüseynov və qrupa üzv olan bankların nümayəndələri iştirak ediblər.
Görüşdə Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu-nun 2019 – cu il üzrə iş planı və faəliyyət istiqamətləri müzakirə olunmuşdur. Görüşün nəticəsi olaraq Qrup-un 2019 – cu il üzrə iş planı təsdiq olunmuşdur.
Qeyd edək ki, Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu 2018 – ci ilin fevral ayında ABA nəzdində yaradılmışdır. ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.