Yanvar ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

31 yanvar 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,169.7 mln. manat, cəmi öhdəlikləri isə 24,367.9 mln. manat təşkil edib.

Sektorun balans kapitalı 3,801.8 mln. manat, əhalinin əmanətləri isə 7,482.5 mln. manat olub. 2018-ci ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.9% (249 mln. manat), öhdəlikləri 0.6% (156 mln. manat), kapitalı isə 2.5% (93 mln. manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,439 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,207 nəfər təşkil edib.

31 yanvar 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Bank icmalı_31 yanvar 2018

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır