Yunanıstan Məclisində vergi artımını və dövlət xərclərinin azaldılmasını dəstəkləyən büdcə təsdiq olunub.
Bu büdcə vasitəsilə illərdir ki, resessiyada olan yunan iqtisadiyyatının 2,7% böyüyəcəyi hesab olunur. Qərar hesabına dövlət xərcləri və maaşlarda ümumilikdə 5,7 milyard avroluq azalma olacaq. Vergi artımları vasitəsilə isə 1 milyard avroluq gəlir əldə olunacaq.
Qeyd edək ki, Yunanıstanın dövlət borcu bu il 315 milyard avroya yüksələcək.