“Ziraat Bank Azərbaycan”ın rəhbərliyində dəyişiklik olub

“Ziraat Bank Azərbaycan”ın rəhbərliyində dəyişiklik baş verib. Belə ki, bankın Müşahidə Şurasının sədri Hüseyn Aydını Ömer M. Baktır əvəzləyib.

Bu barədə “Ziraat Bank Azərbaycan”ın rəsmi saytında qeyd olunub. Həmçinin, Müşahidə Şurasının sədr müavini Muharrem Karslının yerinə Bilgehan Kuru təyin edilib.

Qeyd edək ki, Müşahidə Şurasının digər üzvləri olan Yusuf Dağcan Halit Bahattin və Burhaneddin Tanyeri də vəzifəsi ilə vidalaşmalı olub. Dəyişikliyə əsasən Ayçe Şule Gürleyik və Taha Çakmak Şuraya yeni üzv təyin olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır