Cari ilin I yarım ilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 61,2 min nəfəri peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb edib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-iyun aylarında 61 230 nəfər şəxsi peşə hazırlığı, əlavə təhsil kurslarına və peşəyönümü tədbirlərinə cəlb edib.
Belə ki, son 6 ayda nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2 286 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.
Qeyd olunan dövrdə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 120 nəfər gənc qəbul olunub. Cari ilin birinci yarımilində gənclərin əmək bazarının tələbləri əsasında düzgün peşə və ixtisas seçiminə köməklik göstərilməsi üçün peşəyönümü tədbirlərə 58 824 nəfər gənc cəlb olunub.