Əhalinin əmanətləri azalıb

Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına əsasən, 2016-cı ilin 3-cü rübünün sonuna əhalinin əmanətləri 7 813,9 milyon manatdır. Bu göstərici sentyabrın 1-nə olan göstəriciyə nisbətən 118 milyon manat və ya 1,5% azalma deməkdir.

Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı ilin ilk 10 ayı üzrə ayın əvvəlinə olan göstəricilər əsasında hazırladığımız qrafiki sizə təqdim edirik.

2depozit

Qeyd edək ki, bu müddət ərzində ən aşağı göstərici 7,6 milyard manatla iyun ayının 1-də, ən yuxarı göstərici isə, 9,5 milyard manatla yanvar ayının 1-də qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır