Əmək pensiyalarının orta aylıq məbləği 6% artıb

Ölkədə əmək pensiyaçılarının sayı 1 iyul 2017-ci il tarixinə 1 325 min nəfər təşkil edir ki, onlardan 59,2 %-i yaşa görə, 11,5 %-i ailə başçısını itirməyə görə, 29,3 %-i əlilliyə görə pensiya alır.

Pensiya təminatında artım dinamikasının davamı olaraq, cari ilin 1 iyul tarixinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4% artaraq 224 manata çatıb. Sığorta-pensiya sisteminin mühüm elementi olan fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı da getdikcə artır. Sistemdə qeydiyyatda olanların sayı cari ilin əvvəlinə nisbətən  6,6% faiz  artaraq 1 avqust 2017-ci il tarixə 3 512 min 269 nəfərə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır