Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri Bakı Biznes Universitetində keçirilib.

Tədbirdə vurğulanıb ki, gənclərin əmək bazarına inteqrasiya və məşğulluq imkanlarının artırılması dövlət məşğulluq siyasətinin əsas hədəflərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirlərinin bir istiqaməti də bu məqsədə yönəlib. Cari ilin 5 ayında nazirliyin məşğulluq orqanları tərəfindən 31,3 min nəfərə yaxın şəxsin məşğulluğu təmin edilib ki, onlardan 30 %-ni gənclər  təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır