2017-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə əvvəlki illə müqayisədə 42.6 faiz çox olmaqla 9 milyon 340 min 808 dəfə müraciət edilib.
Bu göstərici ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2017-ci ildə “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum olub. Ötən il portala müraciətlərin 40.6 faizini məhz əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə yönələn müraciətlər təşkil edib.
2017-ci ildə nazirliyin “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidməti yüksək istifadə göstəricisi ilə seçilən e-xidmətlərdən olub. Keçən il bu e-xidmətə 1 053 700 dəfə müraciətin qeydə alınıb.
Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi” və digər e-xidmətlərə də 2017-ci il ərzində böyük maraq müşahidə edilib.
Qeyd edək ki, ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın elektron xidməti vətəndaşların istifadəsindədir.