Cari ilin may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 745 298 müraciət qeydə alınıb ki, bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin 34,4 %-ni təşkil edir.
Hazırda vətəndaşlar pensiya və sosial sığorta münasibətləri, əmək münasibətlərinin rəsmi qeydiyyatı, sosial yardımla bağlı müraciət edilməsi, əlilliyin qiymətləndirilməsi və s. məsələlərlə bağlı elektron xidmətlərdən real vaxt rejimində tam şəffaf şəraitdə faydalanırlar. Eyni zamanda əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə, doğuma, uşağın anadan olmasına və s. səbəblərə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim olunması, iş yerinə dair arayışın əldə edilməsi, pensiya və müavinətlərin hesablanması və s. üzrə e-xidmətlər əhalinin istifadəsindədir.
Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın e-xidməti fəaliyyət göstərir ki, həmin e-xidmətlərə cari ilin yanvar-may aylarında 4 milyon 577 min 511 müraciət qeydə alınıb.