May ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri” tərəfindən 13,5 mindən çox müraciət cavablandırılıb
Cari ilin may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 13 505 müraciət daxil olub.
Vətəndaşlar əsasən sosial təminat növləri, əmək qanunvericiliyi, sosial sığorta münasibətləri, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, nazirliyin elektron xidmətlərindən istifadə və s. ilə bağlı müraciət ediblər. Bu müraciətlərin 96,3 %-i və ya 12 999-u qeyd olunan məsələlərlə bağlı sorğu xarakteri.
190-“Çağrı mərkəzi” vasitəsilə avtomatlaşdırılmış qaydada, yəni yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt rejimində pensiya təyin edilməsi işləri də davam etdirilib. Ötən ay daxil olan müraciətlər əsasında nazirliyin “Çağrı mərkəzləri” vasitəsi ilə əvvəlki aprel ayı ilə müqayisədə 5,6 % çox olmaqla 95 avtomatlaşdırılmış pensiya təyinatı aparılıb.