2017-ci ildə əvvəlki illə müqayisədə 209 nəfər və ya 5.6% çox olmaqla, 3 911 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
BBN.az-ın məlumatına əsasən, həmin şəxslərdən 3 561 nəfər (o cümlədən 82 nəfər əlilliyi olan şəxs) vətəndaş üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.
Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 350 nəfər gənc peşə təliminə qəbul edilib.
Ümumilikdə ötən il peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərdən 432 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub.