ƏƏSMN və UNİCEF arasında görüş keçirilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində görülən işlər və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Səlim Müslümov görüşdə qeyd edib ki, hazırda sağlamlıq imkanları məhdud uşaqlardan, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin, şəhid ailələrinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqlarından, habelə aztəminatlı ailələrdəki  1 yaşınadək uşaqlardan ibarət olmaqla ümumilikdə 102,2 min nəfər uşağa görə aylıq sosial müavinət ödənilir. Həmçinin ailə başçısını itirməyə görə 24 250 ailəyə aylıq sosial müavinət, 118 167 ailəyə aylıq əmək pensiyası verilir və onların da ailə üzvlərinin böyük əksəriyyəti, eləcə də ünvanlı sosial yardlım alan ailələrdəki ailə üzvlərinin demək olar ki, yarısı uşaqlardır.

Qeyd edək ki, E.Karvardin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNICEF arasında həyata keçirilən əməkdaşlığın  qarşıdakı dövrdə uğurla davam etdirilməsi üçün yaxşı zəmin formalaşdığını vurğulayıb.

.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır