ƏDV depoziti hesabındankı məbləği hansı məqsədlərlə istifadə etmək olar?

Vergilər Nazirliyi rəsmi saytında suala açıqlama verib.

Açıqlamaya görə, əlavə dəyər vergisinin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır.

Vergi ödəyicisi ƏDV depoziti hesabında olan vəsaitindən istifadə etməklə vergilərlə bağlı dövlət büdcəsinə, ƏDV ilə bağlı dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına, o cümlədən digər vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarına ödənişləri həyata keçirə bilər.

Eyni zamanda vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır