Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru Toğrul Quliyev nağdsız hesablaşmalarla bağlı müsahibəsində bildirib ki, 16 dekabr 2016-cı il tarixdə «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Burada bir məqama diqqət yetirmək lazımdır ki, məhdudlaşdırılmış məbləğ yalnız təqvim ayı üçün, yəni ilin hər bir ayının 1-dən sonunadək olan müddət üzrə nəzərdə tutulub. Qanunun bu maddəsində göstərilən məhdudiyyət çərçivəsində xərcləmələrə vergi ödəyiciləri xüsusi diqqət yetirməlidirlər.
Qanunun bu maddəsi ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvar ayının 1-dən tətbiq edilir, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci ilin aprel ayının 1-dən qüvvəyə minəcəkdir.
Qeyd edək ki, müsahibənin tam mətni ilə keçiddən tanış ola bilərsiz.