Əhalinin banklardakı əmanətləri artıb

2018-ci ilin mart  ayının 1-inə olan göstəricilərə əsasən, əhalinin banklardakı əmanətləri 7 750,3 mln. manat təşkil edib. BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.1% artıb.

Bu ilin 1 mart vəziyyətinə əsasən, kredit qoyuluşları 2017-ci ilin müvafiq dövrünə nisbətən 27.2% azalaraq 11 561,1 mln manat, o cümlədən vaxtı keçmiş kreditlər 9,3% artaraq 1 700,9 mln manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır