Əhalinin gəlirləri 8% artıb

Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-avqust aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 7,6 % artaraq 31770,8 milyon manata çatıb.

Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3269,1 manat və ya ayda 408,6 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 85,8 %-i son istehlak xərclərinə, 8,6 %-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 %-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8 %-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29046 milyon manatlıq vəsait qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır