Əhalinin gəlirləri 8% artıb

2017-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 %
artaraq 43389,9 milyon manata çatıb. Dövlət Statistika Komitəsi bu barədə məlumat yayıb.

Belə ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4459,1 manat təşkil edib. Bu dövr ərzində gəlirlərin 84,8 %-i son istehlak xərclərinə, 8,5 %-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 %-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,9 %-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 39692,4 milyon manatlıq vəsait qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır