2017-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,5 % artaraq 27716,9 milyon manata çatıb.
Əhalinin gəlirlərinin hər nəfərə düşən həcmi orta hesabla 2853,4 manat təşkil edib.
Bu dövr ərzində gəlirlərin 85,9 %-i son istehlak xərclərinə, 8,4 %-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9 %-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8 %-i isə yığıma yönəldilib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 25373,5 milyon manatlıq vəsait qalıb.