2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat və ya əhalinin hər nəfərinə 3224,6 manat dəyərində ümumi daxili məhsul istehsal edilib.
Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 % artıb, neft-qaz bölməsində isə 6,6 % azalıb.
Ümumi daxili məhsulun 13195,2 milyon manatı sənayedə, 3414,6 milyon manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 2536,8 milyon manatı tikintidə, 2249,6 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 1559,9 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 846,6 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 548,4 milyon manatı informasiya və rabitə sahələrində, 4711,7 milyon manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər 2247,8 milyon manat təşkil edib.