Əhalinin hər nəfərinə düşən ÜDM 7205,0 manata bərabər olub

2017-ci ildə ölkədə 70135,1 mln. manat  ya əvvəlki illə müqayisədə 0,1 % çox ümumi daxili məhsul istehsal edilib.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM istehsalının 40.1%-i sənayenin, 10.4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 9.5% tikintinin, 6.8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3% turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 16,4%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 %-ni təşkil edib.

Qeyd edək ki, iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunan əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7% artıb, neft bölməsində isə 5.0% azalıb. Əhalinin hər nəfərinə düşən ÜDM 7205,0 manata bərabər olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır