Əhalinin nominal gəlirləri 9.8% artıb

2018-ci ilin yanvar-fevral aylarında əhalinin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2% artaraq 510,8 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar- mart aylarında əhalinin nominal gəlirləri 9.8% artaraq 12 533,3 milyon manata, əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə 8.8% artaraq 1 280,5 manata çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır