BBN.az Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, 2017-ci ilin ilk ayının sonuna əhalinin real gəlirləri illik müqayisədə 0,8% artıb.
Hesabat dövründə əhali gəlirləri 3476.1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə nominal olaraq, 12.8% artım deməkdir. İstehlak məhsullarının qiymətləri isə 11,9% artıb. Nəticədə əhalinin gəlirlərindəki əsl artım 1%-i belə keçməyib.