Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

2017-ci ilin yanvar-noyabr ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1% artaraq 7532,5 milyon manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 5490,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,9%-ni təşkil edib.

Cari ilin yanvar-noyabr ayları ərzində hər bir ölkə sakini orta hesabla 774,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 67,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır