Əkrəm Həsənov “Bank Standard” ın Kreditorlar Komitəsinin sədri seçilib

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri məlum olub. Belə ki,  hüquqşünas, “Antikollektor” MMC-nin direktoru Əkrəm Həsənov Komitənin sədri seçilib.

Hüquqşünasın sözlərinə görə, bununla bağlı qərar Komitənin ötən gün keçirilmiş II iclasında qəbul edilib: “Komitə üzvləri mənim namizədliyimi irəli sürdü. Bir nəfər bitərəf istisna olmaqla, digər bütün üzvlər, banka qarşı iri tələbləri olan şirkətlər də lehimə səs verdi və mən Komitənin sədri seçildim”.

Qeyd edək ki. Kreditorlar Komitəsinin növbəti iclası mayın 24-də, saat 15:00-da keçiriləcək.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır