Əlavə tutulan vergi müştəriyə necə qaytarılacaq?

Elektron ticarət qaydasında alınan iş və xidmət üzrə əməliyyatı ləğv edildikdə aparılmış əməliyyatlar üzrə dövlət büdcəsinə hesablanmış vergi məbləğləri dəqiqləşdirilməklə yenidən hesablanır.

Bu haqda Vergilər Nazirliyinin banklara ünvanladığı məktubda qeyd edilir.

Bu zaman ləğv olunmuş əməliyyatlar üzrə müştərinin hesabından tutulmuş ƏDV məbləğinin ona geri qaytarılması bankla müştəri arasında mülki münasibətlər qaydasında, artıq ödənilmiş ƏDV-nin dövlət büdcəsindən banka qaytarılması və ya bankın növbəti hesabat dövrləri üzrə ödəmələrinə aid edilməsi Vergi Məcəlləsinin 87-ci və 179.2-ci maddələri və Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə tənzimlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır