2 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Tədris strategiyaları və insan resurslarının idarə olunması üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda “HAY Group” şirkəti tərəfindən təqdimatı keçirilmiş “Əmək haqqı sorğusu” layihəsinin ilkin versiyası müzakirə edilərək, sorğu bəndləri nəzərdən keçirilib. Sorğunun bankların iş prinsipinə adaptasiya olunması üçün təkliflər irəli sürülüb.
Sonda “Əmək haqqı sorğusu” sənədində edilmiş dəyişikliklərin “HAY Group” nümayəndələri ilə müzakirə edilərək sənədin son versiyasının hazırlanmasına qərar verilib. Bununla da iclas öz işini yekunlaşdırıb.