Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən səyyar monitorinqlər davam etdirilir

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.

Dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı Mərkəzə daxil olan məlumatlar ilkin olaraq Analitik Monitorinq Sistemi vasitəsilə təhlil edilir və əsas yarandığı halda Mərkəzin Səyyar monitorinq qrupu tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir.

Bu günədək 39 səyyar monitorinq həyata keçirilib. Monitorinqlərin keçirildiyi dövr ərzində 1528 şəxs yoxlanılıb, onlardan 475 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. Monitorinqlərin başlandığı gündən indiyədək Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan tikinti şirkətləri tərəfindən yeni 18452 əmək müqaviləsi bağlanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır