Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 9 885 100 dəfə müraciət edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə istifadəyə verildiyi 2014-cü ilin iyul ayından bəri 9 885 100 dəfə müraciət edilib. Ümumilikdə ötən dövrdə “Elektron hökumət” portalına ümumi müraciətlərin 17,5 %-i məhz həmin sistemin payına düşüb.

Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən ümumilikdə 30-a yaxın e-xidməti əhalinin istifadəsindədir və cari ilin 9 ayı ərzində portala edilən müraciətlərin 40 %-ə yaxını nazirliyin e-xidmətlərinə yönəlib. Cari ildə portalda  e-xidmətlərindən ən çox istifadə olunan qurum da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır