Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə müraciətlərin sayı artıb

Cari ilin iyun ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 279 438 müraciət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2 dəfə çoxdur.

Müraciətlərin 239 316-sı “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətinə, 16 808-i “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə, qalanı isə “İş yerinə dair arayış” e-xidmətinə aid olub.

Qeyd edək ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə tətbiqinə başlanıldığı 2014-cü ilin iyul ayından bəri 8,8 milyon dəfədən çox müraciət qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır