Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə müraciətlərin sayı artıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə cari ilin iyul ayında ötən ilin müvafiq  dövrünə nisbətən 28,2 % və ya 46,6 min müraciət çox, yəni 212 020 dəfə müraciət edilib.

Onlardan 167 898 müraciət “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə yönəlib. Bu e-xidmət işəgötürənlərə işçilərlə bağladıqları əmək müqavilələrini, müqaviləyə dəyişiklikləri və ya xitam verilməsini müvafiq bildiriş formasında sistemdə qeydiyyatdan keçirərək rəsmiləşdirməyə xidmət edir.

Müraciətlərin 17 687-si “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, qalan hissəsi isə “İş yerinə dair arayış” e-xidmətinə aid olub. Bu e-xidmətlər isə işçilərə onlarla əlaqədar sistemə daxil edilən bildirişlər barədə məlumat öyrənmək, habelə öz iş yerləri barədə elektron qaydada arayış əldə etmək imkanı verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır