Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat və maarifləndirmə işlərinin bir istiqaməti də əmək müqaviləsi, onun işçilərin əmək və sosial hüquqlarının müdafiəsində əhəmiyyəti barədə məlumatlılığın artırılmasına yönəlib.
Belə ki, Nazirlik tərəfindən əmək müqaviləsinin, onun işçilərin əmək və sosial hüquqlarının müdafiəsində əhəmiyyəti barədə videoçarx hazırlanıb. BBN.az olaraq həmin videoçarxı təqdim edirik: