Əmək və əhalinin sosial müdafiəsi naziri vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qəbələ rayonunda bu rayonun və Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Müraciətlər imtiyazlı kateqoriyalara aid şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya xidmətləri ilə təmin edilməsi, məşğulluq, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, aktiv əmək bazarı proqramlarına, peşə hazırlığına cəlb olunma, əmək hüquqlarının müdafiəsi və digər məsələlərə aid olub. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə vətəndaşların müraciətləri araşdırılaraq cavablandırılıb.

Qeyd edək ki, vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır