Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 94,9 min nəfər şəxs peşə hazırlığına cəlb edilib

Ötən ay Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə əlavə olaraq 15 min nəfərə yaxın şəxs  peşə hazırlığı kurslarına və  peşəyönümü tədbirlərinə cəlb edilib.

Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında  94 917 nəfərin peşə hazırlığına və peşəyönümü tədbirlərə cəlb edilməsi təmin olunub.

Onlardan  yaxın gələcəkdə əmək bazarına daxil olmağa hazırlaşan 91 406 nəfər gənc peşəyönümü tədbirləri vasitəsilə əmək bazarının mövcud vəziyyəti, iqtisadi inkişaf şəraitində işəgötürənlərin əmək bacarıqlarına olan tələbləri barədə məlumatlandırılıb.

Yanvar-noyabr aylarında Mərkəzdə ümumilikdə 285 nəfər gənc bu kurslara cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır