Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Sumqayıt şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkası keçirilib.
BBN.az xəbər verir ki, yarmarkada 30 müəssisə üzrə 231 vakant iş yeri təqdim edilib. Müəssisələrdən 10-u dövlət, 20-i qeyri-dövlət müəsissəsidir. İşaxtaran və işsiz vətəndaşlara seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib.
Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən vətəndaşlar peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaq, ayrı-ayrı şəxslər isə özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydiyyata alınıb.