Əməkdaşlıq etməyən dövlətlərin siyahısında dəyişiklik edilib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 13 iyul  2017-ci il tarixli əmri ilə «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısı»na müvafiq dəyişiklik edilib.

Belə ki, FATF-ın son plenar iclasında qəbul edilən 23 iyun 2017-ci il tarixli İctimai Bəyanatına əsasən, İran İslam Respublikası ilə bağlı təsir tədbirlərinin tətbiqinin qeyri-müəyyən müddətə dayandırılması ilə əlaqədar olaraq siyahıya dəyişiklik edilib.

Qeyd edək ki, əməkdaşlıq etməyən dövlətlərin siyahısını  keçiddən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır