AZTA Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Turizm Assosiasiyası (AZTA) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı genişləndirir.

BBN.az xəbər verir ki, bugün assosiasiyada nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə və AZTA-nın Gəlmə Turizm Komitəsi və Daxili Turizm Komissiyası arasında görüş keçirilib.

Görüşün əsas müzakirə mövzusu Azərbaycanın geniş turizm potensialı olan regionlarına ekolojı marşrutların hazırlanması və onların birgə inkişafı məsələləri olub.

Tərəflər mövcud vəziyyəti və inkişaf perspektivlərini nəzərə alaraq, bu sahədə gələcək fəaliyyətin prioritet istiqamətlərini müəyyən ediblər və birgə fəaliyyət haqqında qərara gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır