Əmanətçilərə 733 milyondan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

24 may 2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 218  min manat , “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58 milyon 229 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 771 min manatdan artıq kompensasiya ödənilib.

24 may  2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 350 min manat , “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 milyon 004 min manatdan  artıq kompensasiya ödənilib.

24 may 2017-ci il tarixdə QSC “Bank Standard” KB-nin qorunan  əmanətçilərinə 437 milyon 346 min  manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,1 %-i əmanətçilərə ödənilib.

24 may   2017-ci il tarixdə “Yunayted Kredit Bank” ASC-nin qorunan  əmanətçilərinə 1 milyon 743 min  manatdan artıq kompensasiya ödənilib.

Belə ki, ümumi kompensasiya öhdəliyinin 83 %-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 733 milyon 318 min manatdan artıq kompensasiya   ödənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır