Azərbaycan Respublikası Mərkəzi Bankının Statistik Bülleteninə əsasən, 2017-ci ilin mart ayının əvvəlinə manatla olan əmanətlər üzrə orta faiz dərəcəsi 6,61%, xarici valyuta ilə olan əmanətlər üzrə isə 4,22 % təşkil edib.
Manatla olan depozitlər üzrə orta faiz dərəcəsi cari ilin fevral ayının əvvəlinə olan göstərici ilə müqayisədə 0,42 faiz bəndi artıb.
Xarici valyuta ilə olan depozitlər üzrə faiz dərəcəsi isə 2017-cı ilin fevral ayının əvvəlinə olan göstərici ilə müqayisədə 0,18 faiz bəndi azalıb.