Əmanətlərin Sığortalanması Fondu kotirovka sorğusu elan edir

Əmanətlərin Sığortalanması Fondu (ƏSF)  kotirovka sorğusu elan edir. BBN.az Fonda istinadən xəbər verir ki, sorğu  tibbi sığortalanmanın satınalması məqsədilə keçirilir.

Belə ki, kotirovka sorğusu üzrə təkliflər 28 mart 2018-ci il saat 12:00-dək qəbul olunur. Təklif zərfləri 28 mart 2018-ci il saat 16:00-da açılacaq.

Qeyd edək ki, iştirakçılar Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 16 ünvanına müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır