Əmanətlərin Sığortalanması Fondu 38 mln. manatdan artıq kompensasiya ödəyib

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsini davam edir və 17 fevral 2018-ci il tarixinə əmanətçilərə nağdsız qaydada 38 milyon manatdan artıq kompensasiya ödəyib.

Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir. Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır.

Kompensasiyaların ödənilməsi prosesi 1 fevral tarixindən başlanılıb və qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 il müddətində müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır