Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla “DəmirBank” ASC-yə Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.
Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
– kreditorun adı və ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlar bu elanın dərc edildiyi gündən 60 (altmış) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununa müraciət etməlidirlər.