Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların kreditorlarına müraciəti

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan bankların kredit yığımlarının mərkəzləşdirilmiş qaydada təşkilini, yığımların operativliyini və müştərilərin rahatlığının təmin edilməsi məqsədi ilə Fondun daxili informasiya sisteminin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sisteminə inteqrasiyasını təmin edib.

Fonddan BBN.az verilən məlumata əsasən, ləğv prosesində olan bankların müştərilərinə kredit borclarını “ASAN ödəniş” sistemi vastəsi ilə “ASAN ödəniş” terminallarında nağd formada və asanpay.az portalı vasitəsi ilə nağdsız qaydada odəmə imkanları yaradılıb.

Onlayn ödəmə imkanından yararlanmaq üçün ləğv prosesində olan banklara kredit borcu olan müştərilərwww.asanpay.az saytından və ya Fondun rəsmi  www.adif.az  saytındakı  “Kreditlərin online ödənişi”  səhifəsinə daxil olmaqla “ASAN ödəniş” sisteminə keçid ala bilərlər.

Bundan başqa, ƏSF-un www.adif.az internet səhifəsi yeni, müasir tələblərə cavab verən dizaynda istifadə verilib. Yeni sayt bir çox texniki yeniliklərdən istifadə etməyə imkan yaradır.

Saytda əmanətlərin sığortalanması sisteminə aid əsas anlayışlar, qüvvədə olan qanunvericilik aktları, ƏSF-nin fəaliyyətinə dair normativ-hüquqi aktlar, Fondun ləğvedici funksiyasını ehtiva edən informasiya və digər məlumatlar yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır