Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dekabank KB” ASC-də öhdəliyi qalmış kreditorların diqqətinə çatdırır ki, bankın bütün kreditorlar qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi prosesinin davam etməsinə baxmayaraq, bəzi kreditorlar hələ də vəsaitlərini götürməyiblər. Ləğv prosesində olan “Dekabank KB” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vəsaitlərini götürməmiş kreditorlardan vəsaitlərini götürmək üçün ləğv prosesində olan “Dekabank KB” ASC-nin Bakı ş., Xəqani küçəsi 14/16 ünvanına müraciət etmələrini xahiş edir.