“Əmanətlərin Sığortalanması Fondu”nun rəhbərliyində dəyişiklik olub

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsinə Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri Əliyar Məmmədyarov seçilib.

Himayəçilik Şurasının üzvlərində də dəyişiklik olub. Belə ki, Mərkəzi Bankın Makroiqtisadi tədqiqatlar departamentinin direktoru Şaiq Adıgözəlovun yerinə Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadə seçilib.

Qeyd edək ki, bu vaxtadək Fondun Himayəçilik Şurasının sədri Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü İlqar Muradov olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır